ABŞ və İsrailin İrana qarşı savaşı Fars körfəzi, Yaxın Şərq, Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropaya qədər yayıla bilər.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə və səlahiyyətli səfirlər üçün təşkil olunan iftar süfrəsində deyib.
Onun sözlərinə görə, hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq.
"Bunun qarşısını almaq üçün sülh və sabitlik istiqamətində sona qədər mübarizə aparacağıq", - Türkiyə lideri vurğulayıb.