AZ

İrandakı savaş Cənubi Qafqazdan Asiya və Avropaya qədər yayıla bilər -

ABŞ və İsrailin İrana qarşı savaşı Fars körfəzi, Yaxın Şərq, Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropaya qədər yayıla bilər. Bunun qarşısını almaq üçün sülh və sabitlik istiqamətində sona qədər mübarizə aparacağıq.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə və səlahiyyətli səfirlər üçün təşkil olunan iftar süfrəsində deyib.

Onun sözlərinə görə, İranın Azərbaycana qarşı PUA hücumları Türkiyə tərəfindən pislənilib: "Azərbaycan başda olmaqla, İranın digər bölgə ölkələrinə hücumlarının səhv olduğunu dəfələrlə demişik".

Türkiyə Prezidenti bildirib ki, hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq.

Seçilən
38
7
missiya.az

9Mənbələr