İraq milli komandasının məşqçisi FIFA-dan 2026-cı il dünya kuboku seçmə mərhələsinin pley-off matçının təxirə salınmasını istəyib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İraq milli komandasının baş məşqçisi Qraham Arnold FIFA-ya müraciət edərək bildirib:
"Son 40 ildə ölkə tarixində ən vacib matç üçün ən yaxşı komandaya ehtiyacımız var. İndi hava limanı bağlandığına görə Meksikaya getməkdən ötrü alternativ yol tapmaq üçün hər cür səy göstəririk. Məncə, FIFA oyunu təxirə salsaydı, düzgün hazırlaşmaq üçün vaxtımız olardı".
Mart ayının sonunda İraq milli komandasının Meksikada Boliviya və Surinam arasında keçiriləcək matçın qalibi ilə oynaması planlaşdırılır. Bu matçın qalibi 2026-cı ilin yayında ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya kubokunun final mərhələsinə vəsiqə qazanacaq. Dünya kuboku 11 iyun - 18 iyul tarixlərində keçiriləcək.
Musavat.com