AZ

İranın Ankaradakı səfiri XİN-ə çağırıldı

İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə yeni raket hücumu ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə NTV kanalı nazirlikdəki mənbələrə istinadən məlumat yayıb.

Səfirə Türkiyə hava məkanına daxil olduqdan sonra vurulan ballistik raketlə bağlı Ankaranın narahatlığı bildirilib və Tehrandan izahat tələb edilib.

Qeyd edək ki, martın 9-da Türkiyə Müdafiə Nazirliyi İrandan atılan yeni raketin ölkə səmasında vurulduğunu bildirib. O, Şərqi Aralıq dənizində NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vurulub. Raketin parçaları Türkiyənin cənub-şərqindəki Qaziantep əyalətinə düşüb; hadisə nəticəsində heç kim xəsarət almayıb.

Seçilən
12
4
olke.az

7Mənbələr