ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd "B-52H Stratofortress" strateji bombardmançısı İrandakı hədəflərə zərbələr üçün Böyük Britaniyadakı Ferford aviabazasına yerləşdirilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, bombardmançılar Şimali Dakota ştatındakı Maynot aviabazasından Böyük Britaniyaya göndərilib. Onlar artıq İngiltərədə yerləşdirilmiş səkkiz ədəd "B-1B Lancer" ağır bombardmançısından ibarət əməliyyat-taktiki qrupuna qoşulacaqlar.
London İrana zərbələr üçün Vaşinqtona İngiltərədəki Ferford aviabazasından və Dieqo-Qarsiya adasındakı hərbi bazadan istifadə etməyə icazə verib.
Pentaqonun məlumatına görə, İrana qarşı əməliyyat başlayandan bəri strateji bombardmançılar İranın ballistik raketlərinin yerləşdirildiyi və saxlanıldığı obyektlərə güclü zərbələr endirmək üçün azı yeddi dəfə istifadə olunub.
Daha əvvəl bu təyyarələr ABŞ ərazisindən İrana və geri olmaqla 37 saatlıq fasiləsiz uçuşlar həyata keçirirdi. Britaniya bazalarından istifadə isə İran hədəflərinə uçuş vaxtını xeyli azaldacaq.