AZ

İranda Müctəba Xameneiyə sədaqət andı içdilər

Iranda yeni ali lider Ayətullah Müctəba Xameneiyə sədaqət andı içiblər.

Far.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Mərasim mərkəzi İnqilab meydanında keçirilib.

"Ekspertlər Şurasının üzvləri, alimlər və ölkə elitasının nümayəndələri İslam İnqilabının üçüncü liderinə sədaqət andı içiblər və bu dəstəyi milli və siyasi borc adlandırıblar" , - deyə qeyd edilib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu da daha əvvəl ölkənin yeni liderinə sədaqət andı içib.

Seçilən
44
far.az

1Mənbələr