AZ

Almanı tüpürcəklə təmizləyən qadın “Nəvələrimə almışdım”+Video

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Salyan bazarında lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, kadrlarda satıcı qadının almanı ağız suyu ilə təmizlədiyi əks olunur.

Görüntülərdə yer alan satıcı Xatirə Həşimova məsələ ilə bağlı açıqlama verərək bildirib ki, sözügedən almalar satış üçün deyil, şəxsi istifadəsi üçün alınıb.

“Göyərti satıram. Nəvələrim üçün iki kiloqram alma almışdım. Sildim və evimə aparmaq üçün yığdım. Satış üçün deyildi, öz evim üçün almışdım”, – deyə o qeyd edib.

Digər satıcılar da həmkarlarını müdafiə ediblər.

Daha ətraflı “Baku TV”nin süjetində:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
8
qafqazinfo.az

9Mənbələr