TƏHSİL NAZİRLİYİ TÖHMƏT VERDİ: İCRA BAŞÇISI TƏLTİF ETDİ!
“”Məlum olduğu kimi Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin 4-5 fevral 2025-ci il tarixdə Yevlax rayon Təhsil sektorunda apardığı son yoxlamalar çoxsaylı qanun pozuntuları(xüsusən,maliyyə ilə bağlı) üzə çıxarıb.Və nəticədə Yevlax Təhsil sektorunun təhsildən xəbərsiz müdiri Namidə Abbasovaya töhmət verilib…”
NOCOMMENT.az xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ictimai fəal Elçin Əliyev qeyd edib.
O daha sonra bildirir: “Ən maraqlısı isə odur ki, Yevlax rayon icra hakimiyyətinin başçısı Anar Tağıyev ötən gün bu qalmaqallı xanımı “təhsil sahəsində göstərdiyi xidmətlərə” görə təltif edib.
Burada sual meydana çıxır: Kim kimə meydan oxuyur? Yoxsa hərə öz qanadının altına aldığını qorumaqla təhsil ictimaiyyətinə acıq verir? Bu nə düşüncədir, bu nə özbaşınalıqdır?
…Belə çıxır ki, təsadüfü kadr Namidə Abbasovanın icra başçısının kadırı olduğu bu addımla özünü təsdiq etmiş oldu.
Qeyd edim ki, təltifi sektor müdirinə icra başçısının imzası və göstərişi ilə 1-ci müavin təqdim edib.Yəni fotoda Namidənin sağında dayanan şəxs Anar Tağyev yox, 1-ci müavini Xalıq müəllimdir…” /dia-az.info/