Son zamanlar tikinti materiallarının satışında durğunluq yaşanır. İdxal edilən materialların qiymətinin artdığı, xüsusən də İrandan gətirilən tikinti mallarında bahalaşma olduğu deyilir. Bəs bazarlarda vəziyyət necədir?
Xezerxeber.az-ın məlumatına görə, satıcılar isə söylənilənlərin əksini, qiymətin artmadığını bildirirlər.
Satıcılar qiymətin artmamasına əsas səbəb kimi alıcının az olmasını göstərirlər.
O da bildirilir ki, qarşıdakı aylarda qiymətin yüksəlməsi, alıcılığın da artması gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.