AZ

“Həmin ölkəyə hücum Avropaya sayılacaq” – Makrondan SƏRT MESAJ

Fransa Prezidenti Emmanuel Makron Cənubi Kipr Rum Administrasiyasına səfəri zamanı Kiprin təhlükəsizliyi ilə bağlı sərt mesaj verib.

NOCOMMENT.az –ın xəbərinə görə, Makron bildirib ki, Kiprə ediləcək hər hansı hücum Avropaya qarşı hücum kimi qiymətləndiriləcək.

Makron adanın cənub hissəsində yerləşən Britaniyaya məxsus hava bazasına pilotsuz uçuş aparatı ilə edilən hücumdan sonra həmrəylik nümayiş etdirmək məqsədilə Cənubi Kiprə səfər edib. Səfər çərçivəsində Fransa lideri Yunanıstan və Kipr rəsmiləri ilə görüşlər keçirib.

Pafos şəhərində keçirilən mətbuat konfransında çıxış edən Makron bildirib ki, Fransa bölgədə təhlükəsizliyin gücləndirilməsi üçün konkret addımlar atır.

Onun sözlərinə görə, Avropa Birliyinin Qırmızı dənizdə dəniz ticarətinin qorunması məqsədilə həyata keçirdiyi missiya çərçivəsində Fransa iki freqat yerləşdirəcək. Makron qeyd edib ki, bu missiya tamamilə müdafiə xarakterli olacaq və əsas məqsəd ticarət gəmilərini müşayiət edərək təhlükəsizliyi təmin etməkdir.

Fransa Prezidenti həmçinin Cənubi Kipr Rum Administrasiyasının təhlükəsizliyinə dəstək məqsədilə “Lanqedok” freqatının və hava hücumundan müdafiə elementlərinin bölgəyə göndərilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.

Fransa mətbuatında yayılan məlumatlara görə, Yaxın Şərqdə davam edən gərginlik fonunda Fransa Silahlı Qüvvələri Aralıq dənizində hərbi mövcudluğunu artırır. Bu çərçivədə “Tonnerre” vertolyotdaşıyan gəmisi də bölgəyə yerləşdirilib.

Bundan əlavə, Fransa Prezidenti daha əvvəl ölkənin flaqmanı sayılan “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin və onu müşayiət edən hərbi gəmilərin də Aralıq dənizinə göndərilməsi barədə göstəriş vermişdi. Bu addımın Yaxın Şərqdə artan qeyri-müəyyənlik fonunda atıldığı bildirilib.

Aliyə
NOCOMMENT.az

Seçilən
58
nocomment.az

1Mənbələr