AZ

“Real”ın müdafiəçisi Alvaro Karreras zədələndi

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

İspaniya təmsilçisi “Real”ın sol müdafiəçisi Alvaro Karreras zədələnib.

İdman.Biz xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 22 yaşlı oyunçunun sağ baldır əzələsində problem aşkarlanıb.

Onun nə vaxt yenidən meydanlara qayıdacağı hələ açıqlanmayıb.

A.Karreras “Real”də debüt mövsümündə bütün turnirlərdə 34 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Madrid klubu martın 11-də UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında “Mançester Siti”ni qəbul edəcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
119
1
icma.az

4Mənbələr