AZ

Rayonlara qar yağıbVİDEO

Qış fəslinin son günləri bəzi rayonlara qarın yağması yazlıq təsərrüfat işlərini planlaşdıran sakinlər üçün narahatlıq yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, Qəbələdə hava şəraitinin kəskin dəyişməsi, qarın yağması sakinlərin ürəyincə deyil.

Tovuzun ucqar dağ kəndləri də ağ örpəyə bürünüb. Rayonun Çeşməli, Həsənli və Böyük Qışlar inzibati ərazi dairəsi və bura tabe olan kəndlərə də qar yağıb. Sakinlərin sözlərinə görə, bir neçə ildir ki, bu cür qar olmayıb. Ərazi dağlıq olduğundan qarın qalınlığı əksər yerlərdə 70 sm-ə çatıb.

Havanın şaxtalı olması da qarın ərazidə həftələrlə yerdə qalmasına səbəb olur.

Naxçıvanda da qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Mərkəzindən verilən məlumata əsasən, havanın temperaturu 9 dərəcə şaxtayadək düşüb. Gün ərzində Ordubad, Şərur və Şahbuz rayonlarının yüksək dağlıq ərazilərinə, Kəngərli rayonuna və Naxçıvan şəhərinə qar yağıb. Xüsusilə Şahbuzun yüksək dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 40 sm-i ötüb. Sakinlər bildirir ki, qarın yağması suyun bol olacağı deməkdir.

Qeyri- sabit havanın daha 2 gün davam edəcəyi bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
42
xezerxeber.az

1Mənbələr