AZ

Trampdan benzinlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar və regionda artan gərginlik fonunda benzin qiymətlərinin bahalaşmasından narahat olmadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə  “Fox News” telekanalı məlumatına yayıb.

O, “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən benzin qiymətlərinin artmasından danışıb.

Jurnalistin benzin qiymətlərinin artması ilə bağlı narahat olub-olmaması barədə sualına Tramp belə cavab verib:

“Xeyr. Bu, 47 il ərzində edilməli olan bir şeyin qısa sınaq versiyasıdır. 47 il idi ki, bunu etmək lazım idi, amma heç bir prezident buna cəsarət etməmişdi”.

Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi zərbələr Tehran rejiminin hərbi imkanlarını ciddi şəkildə zəiflədib. Onun sözlərinə görə, İranın dəniz qüvvələri faktiki olaraq məhv edilib.

“Biz onların donanmasını məhv etdik. 44 gəmi artıq dənizin dibindədir. Hava qüvvələrini, təyyarələrinin hamısını və raketlərinin böyük hissəsini məhv etdik”, – deyə ABŞ prezidenti iddia edib.

Tramp həmçinin qeyd edib ki, İranın raket istehsal müəssisələri və pilotsuz uçuş aparatları (PUA) imkanları da hücumlar nəticəsində ciddi zərbə alıb. O, Tehrana “qeyd-şərtsiz təslim olmaq” çağırışı edib.

ABŞ prezidenti enerji bazarındakı vəziyyətə də toxunaraq bildirib ki, neft qiymətlərinin artacağı gözlənilsə də, bu artım uzunmüddətli olmayacaq.

“Qiymətlər qalxa bilər, amma çox tez düşəcək. ABŞ-ın hələ istifadə etmədiyi çox böyük neft ehtiyatları var”, – deyə Tramp vurğulayıb.

Tramp həmçinin bildirib ki, baş verən hadisələr yalnız ABŞ və İsrail üçün deyil, bütün dünya üçün müsbət nəticə verəcək.

“Bu bitəndə dünya daha təhlükəsiz olacaq. Bu, sadəcə kiçik bir sapmadır”, – deyə o əlavə edib.

Digər tərəfdən, jurnalistlərin Hörmüzqan vilayətinin Minab şəhərində qızlar ibtidai məktəbinə edilən və 153 nəfərin ölümü ilə nəticələnən hücumla bağlı sualına Tramp ABŞ-ın məsuliyyət daşımadığını bildirib və hadisəyə görə İranı ittiham edib.

NOCOMMENT.az 

Seçilən
85
50
nocomment.az

10Mənbələr