Yazını böyüt
Yazını kiçilt
Gəncədə dərmandan zəhərlənən 38 yaşlı kişi ölüb.
Hafta.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü M. Q-ın yaşadığı evdən meyit tapılıb.
Onun hansı şəraitdə dərmandan zəhərlənməsi məlum deyil. Meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.