Ermənistanın Baş naziri Nikol Paşinyan İranın yeni Ali Lideri seçilən Seyid Müctəba Xameneiyə təbrik məktubu ünvanlayıb.
Xəbər verilir ki, Ermənistan mediasının yaydığı məlumata görə, Paşinyan məktubunda Xameneinin bu vəzifəyə seçilməsini təbrik edərək iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, Ermənistan və İran arasında mövcud olan möhkəm əlaqələr gələcəkdə daha da genişlənəcək və yeni nailiyyətlər əldə olunacaq.
Paşinyan həmçinin müraciətində İran xalqına firavanlıq və davamlı sülh arzuladığını da ifadə edib.