AZ

"Bayern"də qeyri-adi gün: Kompani onlara qonaqlıq verdi

“Bayern” klubunun baş məşqçisi Vensan Kompani maraqlı addım atıb.

Publika.az xəbər verir ki, belçikalı mütəxəssis futbolçularının ailələrini komandanın səhər məşqinə dəvət edib. Onlar birlikdə vaxt keçiriblər.

Məşq bazasında barbekü, dondurma və təzə sıxılmış şirələr təqdim olunub.

Qeyd edək ki, komandanın növbəti oyunu 11 mart tarixində Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçı çərçivəsində səfərdə “Atalanta” ilə baş tutacaq.

Heybət

Seçilən
91
publika.az

1Mənbələr