Bakı. Trend:
Portuqaliyanın xarici işlər naziri Paulo Rangel AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramova zəngvurub.
Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər regional və beynəlxalqtəhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər Yaxın Şərqdə müharibə fonunda regional təhlükəsizliküçün yaranan riskləri nəzərdən keçiriblər. Bu çərçivədə, İranərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşıhəyata keçirilmiş dron hücumunun qəbuledilməz olduğu vurğulanıb vəpislənib.
Telefon danışığı zamanı Azərbaycan və Portuqaliya arasındaikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri,o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqdoğuran digər məsələlər müzakirə olunub. Nazirlər qarşılıqlıtəmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.