AZ

İspaniya nəhəngi "Roma"nın mərkəz müdafiəçisini heyətinə qatır

İtaliyanın "Roma" klubunun mərkəz müdafiəçisi Obite Ndika karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Sport" yayıb.

Məlumata görə, onun xidmətində "Barselona" maraqlıdır. Mənbə kataloniyalıların baş məşqçisi Hans-Diter Flikin 26 yaşlı futbolçunun performansını yüksək qiymətləndirdiyini və bu keçidin cari mövsümün sonunda reallaşa biləcəyini vurğulayıb. Arxa xətt oyunçusunun "Barsa"da oynamağa can atdığı da diqqətə çatdırılıb.

Fil Dişi Sahili millisinin üzvünün "canavarlar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə utulub. Fransa "Oser"in yetirməsi olan Ndika "Roma"ya 2023-cü ildə "Ayntraxt"dan keçib.

Toğrul

Seçilən
59
fanat.az

1Mənbələr