Aparıcı-prodüser Tarix Əliyev (Tolik) mətbuatı və sosial media istifadəçilərini hədələyib.
“Yeni Sabah” xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında paylaşım edib.
Aparıcı bildirib ki, şəklini paylaşan bütün səhifələri rəsmi şəkildə şikayət edəcək:
“Buradan sonuncu dəfə bütün sayt və “İnstagram” səhifələrinə xəbərdarlıq edirəm. Mənim şəkilimi hansısa aparıcı ilə paylaşaraq özünüzə reytinq qazandırmağa (yəqin qazanmağa yazmaq istəyirmiş-red) çalışmayın.
Könül bizim dostumuzdur və onun gəlməsində mənim də rolum olub. Amma buna görə mənim şəkilimi icazəsiz paylaşmaq heç kimə haqq vermir.
Kimdə mənim şəkilimi görsəm, həmin səhifə barədə rəsmi şəkildə şikayət edəcəyəm. Reytinqi olmayan səhifələr mənim şəkilimlə reytinq yığmağa çalışmasınlar”.
Qeyd edək ki, Space TV-də hər gün səhər saat 09:30-da “Tarixin bir günü” verilişi yayımlanırdı. Son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra proqramın yayımı dayandırıldı. Onun əvəzinə bu gündən etibarən aparıcı Könül Muxtarovanın təqdimatında yayımlanan “Sevilən səhər” proqramı efirə çıxıb.
Telegram kanalımız