AZ

Atam yaşda sənətçini hər gün efirdə görəndə utanıram

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Müğənni Elnur Məmmədov "Mədəni şou" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı efirə gec-gec çıxmasına belə aydınlıq gətirib:

"Hamımızın ailəsi, böyük məsuliyyətlərimiz var. Əvvəl cavan idik. Biz illər öncə özümüzü təsdiqləmişik. Hər gün bu verilişdən o verilişə gedən vaxtımız deyil. Bizə artıq bu lazım deyil. Hərdən hansısa sənət adamı deyəndə ki, bizi efirə çağırmırlar, mənim pisimə gəlir. Artıq biz efiri seçirik. Şou-biznesdən uzaqlaşmamışıq".

Elnur yaşı çox olan sənətçilərin hər gün efirdə olmasını qınayıb:

"Atam yaşda adamı hər gün efirdə görəndə utanıram. Yaxşı, bu insan özü dərk etmir, ailəsində ona demirlər ki, 70–80 yaşın var, hər gün efirdəsən? Olmaz. Elə şeyə dəyər də vermirlər".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
3
axsam.az

5Mənbələr