AZ

İrandan atılan ballistik raket Qaziantepə düşüb - Türkiyə MN

Bakı. Trend:

Türkiyə hava sahəsinə daxil olan ballistik raketzərərsizləşdirilib.

Trend xəbərverir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumatyayıb.

Bildirilib ki, İrandan atılaraq Türkiyə hava sahəsinə daxil olanballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketmüdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

"Bəzi sursat hissələri Qaziantepdə boş ərazilərə düşüb. Hadisədəheç bir ölüm və ya yaralanma yoxdur.

Türkiyə, yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyəböyük önəm verir. Ancaq ölkəmizin ərazilərinə və hava sahasınayönələn hər hansı bir təhdidə qarşı bütün lazımi addımlarınqətiyyətlə və tərəddüdsüz atılacağını bir daha vurğulayırıq.Türkiyənin bu istiqamətdəki xəbərdarlıqlarına riayət edilməsi hərkəsin maraqlarına xidmət edəcəyini xatırladırıq", - deyə nazirliyinaçıqlamasında bildirilib.

Məqalədə:
Seçilən
71
2
az.trend.az

3Mənbələr