AZ

Britaniyada 1000 nəfərlik “qiyamət günü” ferması YARADILIB

Ajans.az “Daily Star” qəzetinə istinadən xəbər verir ki, 71 yaşlı iş adamı Norfolk bölgəsində 607 hektarlıq ərazidə tam muxtar fəaliyyət göstərə bilən təsərrüfat yaradıb. Layihə fövqəladə vəziyyət zamanı təxminən 1000 nəfərin yerləşdirilməsi üçün nəzərdə tutulub. Bildirilir ki, fermada zəruri infrastruktur qurulub. Burada dəyirman, kəsimxana, süd ferması və bitki yağını dizel yanacağına çevirmək üçün xüsusi pres mövcuddur. Bundan əlavə, ərazidə böyük həcmdə konservləşdirilmiş ərzaq ehtiyatı saxlanılır. Peter Dawe bildirib ki, o, bu layihə üzərində artıq 20 ildir işləyir. “Bu işə başlayanda insanlar mənim dəli olduğumu düşünürdülər. İndi isə bir çoxları mənə deyir ki, bəlkə də haqlı idim. İnsanların münasibəti xeyli dəyişib”, – deyə sahibkar qeyd edib. Layihəyə qoşulmaq istəyənlər üçün illik üzvlük sistemi tətbiq olunur. Üzvlük haqqı 10 min funt sterlinqdən 100 min funt sterlinqədək dəyişir. Layihənin məqsədi təsərrüfatın uzunmüddətli davamlılığını təmin etmək üçün oxşar baxışlara malik investorları və iştirakçıları cəlb etməkdir.

 

Seçilən
85
Ajans.az

1Mənbələr