AZ

Somali XİN Azərbaycan ərazisinə dron hücumunu pisləyib

Bakı. Trend:

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalqəməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycan Respublikasınınxarici işlər nazirinə zəng vurub.

Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdə hərbieskalasiya, eləcə də İran tərəfindən ölkəmizə edilmiş dron hücumuilə bağlı müzakirə aparılıb.

Bu cür addımların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünəqarşı yönəldiyi və regionda sabitlik üçün risklər yaratdığıvurğulanıb, Somali tərəfi bu hücumları qətiyyətlə pisləyib.Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə hörmətedilməsinin, eləcə də regional və qlobal təhlükəsizlik üçüngərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyiniqeyd ediblər.

Telefon danışığı zamanı habelə Azərbaycan ilə Somali arasındaikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişafperspektivləri, o cümlədən siyasi dialoq, beynəlxalq təşkilatlarçərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Bu çərçivədə, Somalinin BMT Təhlükəsizlik Şurasının qeyri-daimiüzvü qismində oynadığı rolun əhəmiyyəti qeyd edilib.

Seçilən
76
22
az.trend.az

10Mənbələr