AZ

Müctəba Xameneinin andiçmə mərasimi başladı - FOTOLAR

İranın paytaxtı Tehranda ölkənin yeni Ali Rəhbəri Müctəba Xameneinin andiçmə mərasimi başlayıb.

“Yeni Sabah” xəbər verir ki, mərasimi paytaxtın İnqilab Meydanında geniş xalq kütləsinin iştirakı ilə keçirilir.

Meydana toplaşan minlərlə insan İranın üçrəngli bayraqlarını qaldıraraq müxtəlif şüarlar səsləndirir.

Bildirilib ki, iştirakçılar “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi şüarlar səsləndirir, həmçinin yeni Ali Rəhbərin şəkillərini qaldıraraq “Ləbbeyk ya Xamenei” şüarını səsləndirirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
84
yenisabah.az

1Mənbələr