AZ

"Bu ilki imtahan keçən ilki buraxılış imtahanından çətin olub" - Təhsil ekspertindən RƏY

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Redaktor.az xəbər verir ki, sualların çətinlik dərəcəsi ilə bağlı təhsil eksperti Ramin Nurəliyev öz feysbuk hesabında paylaşım edib.

O bildirib ki, Azərbaycan dili fənni üzrə qrammatika sualları 3-cu qrup səviyyəsində salınıb:

"Mətnlər böyük və vaxt aparan olub. Son iki ilə nisbətən çətin düşüb. Riyaziyyat sualları orta ağırlıqda olub. Xüsusilə də, son 5-6 sual çətin və vaxt aparan olub. İngilis dili sualları kecən ilki səviyyədə düşüb. Rus bölməsi, rus dili və ingilis dili asan, riyaziyyat çətin olub. Ümumi olaraq ilkin şərh kimi keçən ilki buraxılış imtahanından çətin olduğu bildirilir".

Nuriyyə NATİQQIZI

Seçilən
44
redaktor.az

1Mənbələr