AZ

“Donald Tramp” erməniləri təhqir etdi

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyada 33 yaşlı Tofiq İ. adlı şəxs “Donald Tramp” ləqəbi ilə yaratdığı “Telegram” kanalında ermənilərə qarşı təhqiramiz şərhlər yazdığı üçün məsuliyyətə cəlb olunub.Bakupost.az xəbər verir ki, bu barədə “Ostorojno, novosti” xəbər platforması məlumat yayıb. Məlumata görə, mart ayının əvvəlində Maxacqala şəhər məhkəməsində keçirilən prosesdə Tofiq həddən artıq nifrət və milli düşmənçilik yaratdığı üçün Rusiya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ittiham olunub. Məhkəmədə günahını etiraf edən şəxs 10 000 rubl (217 manat) cərimə olunub. Məhkəmənin qərarında qeyd olunur ki, Maxaçqala sakini sosial şəbəkədə insan ləyaqətini alçaltmaq və müxtəlif etnik qruplara qarşı nifrəti gücləndirməkdə günahlandırılır. Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
www.bakupost.az

1Mənbələr