Bu gün Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.
"Football-plus.az" xəbər verir ki, yarışın açılış günündə millimizin beş sərbəst güləşçisi xalça üzərinə çıxacaq.
Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Zəfər Əliyev (97 kq) mübarizəyə qoşulacaqlar.
U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta