AZ

Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzinin 11 illik orta təhsil səviyyəsiüzrə keçirdiyi buraxılış imtahanında 9 nəfər mobil telefonaşkarlandığı üçün imtahandan xaric edilib.

Trend DİM-əistinadən xəbər verir ki, qeyd olunan hallar protokollaşdırılıb vəaraşdırma aparılır.

Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavabvərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunanyazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxttələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunmasınəzərdə tutulur.

Bu gün saat 15:30-da DİM-in “Youtube” kanalı vasitəsilə canlıyayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindənimtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahatveriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tiplitapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onlarımaraqlandıran sualları canlı yayımın şərh bölməsinə yazabilərlər.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər,ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını(pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonraDİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.

Seçilən
105
29
az.trend.az

10Mənbələr