
Bəhreyn Daxili İşlər Nazirliyi İranın təşkil etdiyi PUA hücumunda mülki şəxslərin yaralandığını, çoxlu sayda evin zərər gördüyünü açıqladı.
AFN.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda İranın Sitrə sahil şəhərinə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyi bildirilib. Açıqlamada hücumlar nəticəsində bəzi vətəndaşların yaralandığı və çoxlu sayda evə ziyan dəydiyi vurğulanıb.
Nazirlik yaralılardan birinin vəziyyətinin ağır olduğunu qeyd edib. Hadisə yerinə dərhal xilasedicilər və təhlükəsizlik qüvvələri cəlb olunub. Bəhreyn rəsmiləri bu addımı mülki əhaliyə qarşı yönəlmiş təcavüz aktı kimi qiymətləndiriblər.