AZ

İranın yeni lideri seçildi

İranın yeni lideri seçildi

İranda Ekspertlər Şurası ABŞ və İsrailin 28 fevraldakı hava hücumunda öldürülən Əli Xameneidən sonra liderlik məqamına oğlu Müctəba Xameneyinin seçildiyini elan etdi.

AFN.az xəbər verir ki, qurumun yaydığı rəsmi bəyanatda Müctəba Hüseyni Xameneinin səs çoxluğu ilə İran İslam Respublikasının üçüncü lideri olaraq təyin edildiyi bildirilib.

Ekspertlər Şurası ABŞ və İsrailin hücumlarına baxmayaraq, yeni rəhbərin seçilməsi prosesinin diqqətli və intensiv qiymətləndirmələrdən sonra bu gün keçirilən növbədənkənar iclasla tamamlandığını qeyd edib. Bildirilib ki, bu seçim ölkənin daxili sabitliyinin təmin olunması məqsədilə operativ şəkildə həyata keçirilib.

İran Ekspertlər Şurasının Gilan vilayəti üzrə üzvü Seyid Əli Hüseyni Əşkevari isə mövzu ilə bağlı çıxışında Xamenei adının İranın yeni lideri olaraq davam edəcəyinə ümidvar olduğunu vurğulayıb. Xatırladaq ki, Müctəba Xamenei uzun müddətdir ölkənin siyasi iyerarxiyasında mühüm fiqurlardan biri hesab olunurdu.

Seçilən
96
afn.az

1Mənbələr