AZ

Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 təyyarəsi yerləşdirib

Türkiyə Şimali Kiprə F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirib.

BAKU.WS xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin məlumat yayıb.

"Bölgəmizdə baş verən son hadisələr fonunda və Şimali Kipr Türk Respublikasının təhlükəsizliyinin artırılmasına yönəlmiş mərhələli planlaşdırma çərçivəsində bu gündən etibarən Şimali Kiprə 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib", - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, hadisələrə əsaslanan qiymətləndirmələrdən sonra zəruri hesab edilən əlavə tədbirlərin görülməsi davam etdiriləcək.

Seçilən
102
8
far.az

10Mənbələr