AZ

Azərbaycanda kartofun qiyməti niyə bahalaşıb? — SƏBƏB BUDUR

Son günlər bazarlarda kartofun qiymətinin artacağı ilə bağlı alıcılara satıcılar tərəfindən əvvəlcədən xəbərdarlıq edilib. Satıcıların sözlərinə görə, yaxın günlərdə kartofun qiyməti 1 manat 60 qəpiyə qədər yüksələcək. Eyni zamanda bir çox bazarlarda qırmızı kartofun tapılmaması da diqqət çəkib.

Mövcud vəziyyət alıcılar arasında suallar doğurub. Qiymət artımı və məhsul qıtlığının səbəbləri nə ilə bağlıdır?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Fərid Səfərov deyib:

Mənşəyi

“Əsas səbəblərdən biri mövsümi amildir. Hazırda keçid dövrüdür – yəni ötən ilin məhsulu artıq azalır, yeni məhsul isə hələ bazara tam çıxmayıb. Bu səbəbdən təklif azalır və qiymətlər yüksəlməyə başlayıb.

“Digər səbəb isə saxlama və logistika xərclərinin artmasıdır. Kartof uzun müddət saxlanılan məhsullardan biridir və anbarlarda saxlanma, daşınma, həmçinin yanacaq xərclərinin artması qiymətə birbaşa təsir göstərir. Satıcılar bu xərcləri kompensasiya etmək üçün qiyməti artırmağa məcbur qalırlar”, — deyə ekspert əlavə edib.

“Qırmızı kartofun bazarda az tapılması isə daha çox istehsalın məhdud olması ilə bağlıdır. Ölkəmizdə əsasən ağ və sarı kartof növləri daha çox əkilir. Qırmızı kartof isə daha az sahədə becərildiyi üçün mövsümün sonuna yaxın bazarda qıtlıq yaranır. Bəzi hallarda isə bu növ kartof xaricdən idxal olunduğuna görə, idxalın azalması və ya gecikməsi də onun bazarda az görünməsinə səbəb ola bilər, — deyə mütəxəssis qeyd edib.

“Ümumilikdə isə kənd təsərrüfatı məhsullarında belə qiymət dəyişiklikləri tez-tez müşahidə olunur və əsasən mövsüm, istehsal həcmi, saxlama şəraiti və daşınma xərcləri ilə əlaqəli olur. Yeni məhsul bazara çıxdıqdan sonra qiymətlərin yenidən sabitləşməsi gözlənilir”, — deyən F. Səfərov sonda vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
72
1
konkret.az

2Mənbələr