AZ

Adil Şükürov "Cəbrayıl" üzərində darmadağından nə danışdı?

I Liqanın XVII turunda səfərdə "Cəbrayıl"la üz-üzə gələn "Səbail" böyük hesablı qələbə qazandı. "Dənizçilər" sabiq çalışdırıcısı Cavid Hüseynovun rəhbərlik etdiyi bölgə təmsilçisini 4:1 hesabı ilə yendi. "Səbail"in baş məşqçisi Adil Şükürov komandasının prinsipial matçdakı oyununu dəyərləndirib. 

48 yaşlı mütəxəssis Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib: 

"Vacib qələbə qazandıq. İkinci hissənin əvvəlində bir neçə dəqiqəni çıxmaq şərtinə, oyuna nəzarət edən tərəf idik. İstədiyimiz qolları vurmağı bacardıq. Hesaba baxmayaq, asan oyun olmadı. Ümumiyyətlə, bu ərəfədə ardıcıl ağır oyunlarımız var. Növbəti rəqib "Mingəçevirdir. Daha sonra bizi MOİK, "Baku Sportinq", "Şəfa" ilə görüşlər gözləyir. Hər oyun bizim üçün finala bərabərdir. Bacardıqca arzuladığımız xalları yığmağa çalışacağıq".

Qeyd edək ki, "Səbail" 17 turdan sonra 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və liderdən 9 xal geri qalır.

Mirağa 

Seçilən
56
2
fanat.az

3Mənbələr