AZ

Masallıda qəza: Ölən və xəsarət alan var

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı daş hasara çırpılıb.

Hadisə zamanı sürücü hadisə yerində ölüb, nəqliyyat vasitəsində olan sərnişin isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
73
far.az

1Mənbələr