AZ

Belçikanın Lyej şəhərindəki sinaqoq yaxınlığında partlayış

Belçikanın Lyej şəhərindəki sinaqoqda partlayış baş verib və şəhər meri bunu antisemitizm aktı adlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, partlayış binaya ziyan vurub və küçənin o biri tərəfindəki evlərin pəncərələrini sındırıb.

İlkin məlumatlara görə, itki yoxdur. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Polis araşdırmaya başlayıb və hadisənin səbəblərini aydınlaşdırır.

Lyej meri Villi Demeyer hadisəni "son dərəcə zorakı antisemitizm aktı" adlandırıb və şəhərə "xarici münaqişələrin idxal edilməsi" cəhdini pisləyib.

Bəzi versiyalara görə, sinaqoqda baş verən və ya törədilən partlayış Yaxın Şərqdə şiddətlənən hərbi əməliyyatlarla bağlıdır.

Musavat.com

 

Seçilən
94
musavat.com

1Mənbələr