AZ

"Barselona" "Roma"nın müdafiəçisini istəyir

“Barselona” “Roma”nın müdafiəçisi Obite Ndikanı istəyir.

Sportal.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi mövsümün sonunda keçidi reallaşdıra bilər.

26 yaşlı mərkəz müdafiəçisinin “Roma” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Fil dişi Sahili millisinin üzvü özü də “Barsa”da oynamağa müsbət yanaşır.

“Oser”in yetirməsi olan futbolçu 2023-cü ildə “Ayntraxt”dan (Frankfurt) “Roma”ya keçib.

saytlarin hazirlanmasi

Seçilən
92
2
sportal.az

5Mənbələr