Bakı vaxtı ilə saat 11:50-yə olan məlumata görə, Brent markalı neftin qiyməti bir barel üçün 105 dollara düşüb.
Ticarət məlumatlarına görə, Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 28% artdıqdan sonra yavaşlayıb. Bu tendensiya G7 maliyyə nazirlərinin neft ehtiyatlarının potensial bölüşdürülməsini müzakirə etmək üçün təcili iclas keçirəcəyi xəbərləri fonunda baş verib.
Bakı vaxtı ilə saat 06:30-a olan məlumata görə, neftin bir bareli 119,36 dollardan (+28,77%) satılırdı.
Bakı vaxtı ilə saat 11:50-yə qədər Brent neftinin qiyməti artımını 14,8%-ə qədər yavaşlayaraq barel üçün 106 dollara ticarət olunub.