AZ

Yaponiya neft təchizatı mənbələrini genişləndirmək üzərində işləyir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yaponiya hökuməti İsrail və ABŞ-ın İrana hücumlarından və Hörmüz boğazında gəmiçiliyin blokadasından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda neft təchizatı mənbələrini genişləndirmək üzərində işləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi məlumat verib.

O, parlamentdəki çıxışında bildirib ki, "Yaponiya hökuməti artıq neft təchizatı mənbələrini genişləndirmək və daxili benzin qiymətlərini sabitləşdirmək üzərində işləyir". Onun sözlərinə görə, hakimiyyət orqanları vəziyyəti izləməyə davam edəcək.

Takaiçi Yaponiyanın əlavə neft almağı haradan planlaşdırdığını dəqiqləşdirməyib. Bütün idxal olunan neftin 90%-dən çoxu Yaxın Şərqdən gəlir və bunun əhəmiyyətli bir hissəsi Hörmüz boğazından keçir. Yaxın Şərqə mayeləşdirilmiş təbii qaz idxalı təxminən 10% təşkil edir. Yaponiyanın 254 günlük neft ehtiyatı və təxminən üç həftəlik mayeləşdirilmiş təbii qaz ehtiyatı var.

Yaponiya ümumi mayeləşdirilmiş təbii qaz idxalının təxminən 9-10%-ni Rusiyanın "Saxalin-2" layihəsindən alır, lakin qaz tədarükü ilə əlaqəli daşımalar istisna olmaqla, Rusiya neftinin idxalını dayandırıb. Lakin Yaponiya əvvəllər neft aldığı "Saxalin-1" layihəsində iştirakını davam etdirir.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
bizimyol.info

1Mənbələr