AZ

Böyük Britaniyanın qaz ehtiyatları cəmi iki günə ÇATA BİLƏR

Ajans.az xəbər veri ki, bu barədə “The Daily Mail” məlumat yayıb. “National Gas” şirkətinin məlumatına görə, Böyük Britaniyanın qaz ehtiyatları 2025-ci ildə qeydə alınmış 18 min GVt/saatdan 6 700 GVt/saata qədər azalıb. Bu həcm ölkənin təxminən 1,5 günlük qaz tələbatını ödəməyə kifayət edir. Oxşar miqdarda qaz isə mayeləşdirilmiş təbii qaz (LNG) şəklində saxlanılır. Nəşrin yazdığına görə, Avropa ölkələri bir neçə həftəlik qaz ehtiyatına malik olduqları üçün təchizatda mümkün dəyişikliklərə daha hazırlıqlıdır. Mütəxəssislər bildirirlər ki, treyderlər Böyük Britaniyanın məhdud ehtiyatlarından istifadə edərək qazı daha yüksək qiymətlərlə təklif edirlər. Nəticədə ölkə hazırda Avropada ən yüksək topdansatış qaz qiymətlərindən birini ödəyir. “Argus Media” şirkətinin qaz qiymətləri üzrə rəhbəri Natalya Fildinq bildirib ki, Böyük Britaniyada qaz mərkəzinin qiyməti hazırda Avropanın əsas qaz habı hesab olunan Hollandiyanın TTF indeksindən daha yüksəkdir. Onun sözlərinə görə, ölkədə ehtiyatların az olması Böyük Britaniyanı “qiymət şoklarına daha həssas” edir. “National Gas”ın məlumatına əsasən, cümə günü vəziyyətinə görə qaz anbarları 18%, LNG anbarları isə yarıdan bir qədər çox səviyyədə dolu olub. Şirkətin sözçüsü qeyd edib ki, Böyük Britaniya qazın böyük hissəsini Norveçdən idxal edir, qalan hissəsi isə Şimal dənizindəki yerli hasilat hesabına təmin olunur. Məlumata görə, fevralın 28-də ABŞ və İsrailin başladığı hərbi əməliyyatlardan sonra neft və mayeləşdirilmiş təbii qaz daşımaları ilə məşğul olan gəmilər İranın mümkün hücumları səbəbilə risk altında qalıb. Bu isə qlobal enerji təchizatı ilə bağlı narahatlıqları daha da artırıb.

 

Seçilən
87
Ajans.az

1Mənbələr