Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ-ın Los-Anceles şəhərində dünyaca məşhur pop ulduzu Rihannanın malikanəsinə silahlı hücum edilib. Hadisə zamanı sənətçinin evdə olduğu, lakin xəsarət almadığı bildirilib. Polis insidentlə bağlı bir şübhəlini saxlayıb.
Məlumata görə, hadisə Kaliforniya ştatının Los-Anceles şəhərində, Beverly Hills bölgəsində yerləşən lüks malikanədə baş verib. Yerli mənbələrin bildirdiyinə görə, hücum bazar günü saat 13:21 radələrində qeydə alınıb.
Polis bildirir ki, hücum edən şəxs evin giriş qapısının qarşısında dayanan avtomobildən təxminən 10 dəfə atəş açıb. Açılan atəş nəticəsində güllələrdən biri malikanənin divarını deşərək içəri daxil olub. Hücum zamanı evdə olan Rihanna isə təsadüf nəticəsində xəsarət almayıb.
Hadisədən dərhal sonra genişmiqyaslı əməliyyata başlayan polis hücumla əlaqəli olduğu ehtimal edilən 30 yaşlı qadını qısa müddətdə saxlayıb. Şübhəlinin kimliyi və hücumu hansı səbəbdən törətdiyi hələ açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Polis hücumun oğurluq cəhdi, yoxsa birbaşa sui-qəsd təşəbbüsü olub-olmadığını müəyyənləşdirməyə çalışır. Hələlik Rihanna və ya rəsmi qurumlar tərəfindən hadisə ilə bağlı açıqlama verilməyib.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.