AZ

Bir Millət İki Dövlət anlayışı ilə Türkiyə-Azərbaycan qardaşlığı yoluna qətiyyətlə davam edəcək



Türkiyə və Azərbaycan arasında mövcud olan güclü və möhkəm qardaşlıq əlaqələri son illərdə təkcə iki ölkəni deyil, bütün türk dünyasını daha da gücləndirib. Bu həmrəylik həm də TDT-nin daha səmərəli və güclü struktura çevrilməsinə böyük töhfə verib.

Newscenter.az xəbər verir ki, bunları Dünya Türk Qadınlar Platformasının qurucusu Günay Əliyeva səsləndirib. O bildirib ki, bu birlikdən narahatlıq keçirənlər olacaq:

"Ancaq qardaşlığımız ağlın, sağlam şüurun və ortaq tariximizin təməllərinə söykənir. Ona görə də, heç bir kənar qüvvə və təsir bu bağı zəiflətməyəcək. Nə deyilsə desin, həqiqət dəyişməz olaraq qalır. Bir Millət İki Dövlət anlayışı ilə Türkiyə-Azərbaycan qardaşlığı yoluna qətiyyətlə davam edəcək".

Süleyman
Seçilən
92
1
newscenter.az

2Mənbələr