AZ

Bəhreynin "Bapco Energies" şirkəti fors-major elan edib

Bəhreynin əsas enerji şirkəti olan "Bapco Energies" fəaliyyətinə təsir göstərən fors-major vəziyyəti elan edib.

Far.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Bildirilib ki, qərar İranın yaxın günlərdə "Bapco" neft emalı zavoduna hücumundan sonra qəbul edilib.

Şirkət bəyan edib ki, yaranmış şərait tədarük və müqavilə öhdəliklərinin icrasına birbaşa təsir göstərib. Fors-major hüquqi mexanizm olaraq tərəflərdən asılı olmayan fövqəladə hallar zamanı məsuliyyətin müvəqqəti dayandırılmasını nəzərdə tutur.

Qeyd edək ki, "Bapco" Bəhreynin əsas neft emalı müəssisəsi olmaqla yanaşı, ölkənin enerji təhlükəsizliyində strateji rol oynayır.

Seçilən
120
far.az

1Mənbələr