İtaliya çempionatının 28-ci turunda ''Yuventus'' ''Piza''nı qəbul etdi. Çempionlar Liqasında ''Qalatasaray''a uduzaraq mübarizəni dayandıran, son vaxtlar nəticələri ürəkaçan olmayan və son 7 rəsmi oyunda cəmi 1 qələbə qazanan Turin nəhəngi nəhayət, fanatlarını inamlı qələbə ilə sevindirdi. İlk yarı qolsuz başa çatsa da, ''Yuve'' fasilədən sonra 4 cavabsız top vurmaqla iddiasız rəqibinə futbol dərsi keçdi. ''Qoca Sinyora'' ilə müqaviləni yenilədikdən bu yana kölgəyə çəkilən və tənqid atəşinə tutulan Kənan Yıldız əla oyun sərgilədi. Gənc türkiyəli ulduz aktivinə qol və məhsuldar ötürmə yazdı. ''Yuve''nin digər qollarını Kambyaso, Türam və Boqa vurdu. Kənan Yıldız bu mövsüm 38-ci rəsmi oyununu keçirdi. Onun aktivində 10 qol, 9 məhsuldar ötürmə var. ''Yuve'' 6-cı pillədə qərarlaşsa da, ÇL zonası ilə arada cəmi 1 xallıq fərq var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta