Əməkdar artist Gülzar Qurbanovaya ağır itki üz verib.
Axşam.az xəbər verir ki, aktrisanın anası dünyasını dəyişib. Bu haqda G.Qurbanova özü məlumat yayıb.
Anası ilə fotosunu yayımlayan aktrisa "Mənə görə ananı ancaq uca Allahla müqayisə etmək olar. Mənim üçün hər ikisi də müqəddəsdir. Anam mənim ilk sığınacağım, sevgim, ən saf duam idi. İnsan böyüyür, dəyişir, dünyanı tanıyır, amma qəlbinin ən dərin yerində həmişə bir sığınacaq qalır - ana. 4 gündür canımdan can ayrılıb. 4 gündür səni axtarıram, ana. Ev boş, hər küncü xatirələrlə dolu. Uca Allah bu dünyadan köçən bütün analara rəhmət eləsin. Anası həyatda olanlar isə bu nemətin qədrini bilsinlər. Ana ilə keçən hər an bir hədiyyədir, ən böyük xoşbəxtliklərdəndir" deyə, yazıb.
Məqaləyə dair fotomateriallar: