Polşa Ekstraklasasında 24-cü turun oyunları baş tutub.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" da növbəti matçına çıxıb.
Lyublinlilər doğma meydanda “Qornik”i sınağa çəkiblər. Görüş qolsuz heç-heçə ilə nəticələnib.
Renat qarşılaşmanın 73-cü dəqiqəsində əvəzetmədən oyuna qoşulsa da, xal itkisinə mane ola bilməyib.
Qeyd edək ki, 24 oyunda 31 xal toplayan "Motir" hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.