AZ

Müctəba Xamenei bu gün SƏDAQƏT ANDI içəcək

Ajans.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Məlumata görə, tədbir yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 15:30 - red.) başlayacaq. Qeyd olunur ki, andiçmə mərasimi paytaxt Tehranın mərkəzində Azadi meydanında keçiriləcək. Daha əvvəl İranın Ekspertlər Şurası ABŞ-İsrail hərbi əməliyyatları zamanı öldürülən Ayətullah Əli Xameneinin oğlu, 56 yaşlı Müctəba Xameneini İslam Respublikasının yeni Ali Lideri seçib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Seçilən
75
Ajans.az

1Mənbələr