AZ

Gəncədə kafe yanaraq kül olub

Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən, ümumi sahəsi 100 kv.m olan kafenin demək olar ki, bütün yanar konstruksiyaları yanıb.

Ekologiya.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə yerinə iki yanğınsöndürən maşın və 15-ə yaxın canlı qüvvə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülsə də, obyekt əşyaları ilə birlikdə tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.



Seçilən
79
5
ekologiya.az

6Mənbələr