AZ

“Turan Tovuz” “Neftçi” səfərində, “Kəpəz” “Zirə”yə qarşı

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

“Zirə” öz meydanında Kəpəz”lə qarşılaşacaq.  qəbul edəcək. “Zirə” ilk dövrəda “Kəpəz”ə 5:0, 2-ci dövrədə isə 2:0 hesabı ilə qalib gəlib.

Günün son matçında isə “Neftçi” doğma divarlar arasında “Turan Tovuz”la üz-üzə gələcək. Azarkeşlərin də maraqla gözlədiyi görüş saat 20:30-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçında isə qolsuz heç-heçə qeydə alınıb.

9 mart

Azərbaycan Premyer Liqası

23-cü tur

18:30.“Zirə” – “Kəpəz”
Hakimlə
r: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu

20:30.“Neftçi” – “Turan Tovuz”
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
“Palms Sports Arena”

10 mart

19:15. “Sabah” – “Qəbələ”

7 mart

“Karvan-Yevlax” – “Sumqayıt” – 1:1

8 mart

“Qarabağ” – “Araz-Naxçıvan” – 6:0

“Şamaxı” – “İmişli” – 0:0

Seçilən
152
9
msport.az

10Mənbələr