AZ

Əraqçi yeni Ali Liderə SƏDAQƏT ANDI İÇDİ

Ajans.az xəbər verir ki, Nazirliyin müraciəti İran Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub. Bəyanatda bildirilir ki, yeni Ali Liderin seçilməsi “ölkənin hazırkı mürəkkəb və təhlükəli şəraitində onun suverenliyinin və ərazi bütövlüyünün qorunmasına təminat verir, eyni zamanda milli birliyin daha da möhkəmlənməsinə xidmət edir”. Abbas Əraqçi qeyd edib ki, o, şəxsi adından və İran İslam Respublikasının bütün diplomatları adından ölkənin üçüncü Ali Liderinə sədaqət andı içir. Nazir həmçinin vurğulayıb ki, İran diplomatları İran xalqının hüquqlarının qorunması və ölkənin milli maraqlarının beynəlxalq arenada irəli sürülməsi istiqamətində fəaliyyətlərini dayandırmadan davam etdirəcəklər.

 

Seçilən
75
Ajans.az

1Mənbələr