AZ

Gözlərin tez yorulur, axşama doğru gərginlik yaranır? - Səbəbi budur

Yazını böyüt
Yazını kiçilt

Görmənin zəifləməsi ilə bağlı erkən əlamətlər olur və bir çox insan bunları sadəcə göz yorğunluğu hesab edir. Bu əlamətlərin hansılar olduğu və nə vaxt həkimə müraciət etməyin vacib olduğu barədə rusiyalı oftalmoloq Olesya Pşeniçkina "İzvestiya" qəzetinə danışıb.

Hafta.az xəbər verir ki, həkimin sözlərinə görə, əvvəlcə görmə kəskinliyi yox, gözlərin "dözümlülüyü" dəyişir. Gözlər daha tez yorulur, axşama doğru gərginlik yaranır və mətni fokusda saxlamaq çətinləşir. Ekrana baxdıqdan sonra görüntü bir qədər bulanıq görünə bilər. Tez-tez göz quruluğu və gözə "qum düşmüş" kimi hiss yaranır və buna görə insan göz qapaqlarını ovuşdurmaq istəyir.

Həkim deyib ki, bununla yanaşı, gündəlik həyatda kompensasiya davranışları yaranır:

"İnsan telefonun ekranını daha parlaq edir, daha iri şrift seçir, mətni gözündən uzaqlaşdırır, monitora daha yaxın oturur və ya kinoteatrda ön sıraya keçməyə çalışır. Bu xırda dəyişikliklər sadəcə vərdiş deyil, əvvəlki aydınlığı yeni korreksiya olmadan əldə etmək cəhdidir".

Həkim həmçinin qeyd edib ki, tez-tez göz qıymaq görmənin kifayət qədər korreksiya olunmamasına, astiqmatizmə və ya quru göz sindromuna işarə edə bilər:

"Gözlərin tez yorulması çox vaxt bir neçə səbəbin nəticəsi olur. Xüsusilə ekrana baxaraq uzun müddət yaxın məsafədə işləmək insanın daha az göz qırpmasına səbəb olur, nəticədə gözün qoruyucu göz yaşı qatı daha tez quruyur. Bu da yanma hissi, yaşarma və qızartı yaradır. Bundan başqa, eynək və ya linzalar düzgün seçilməyibsə, uzun müddət yenilənməyibsə və ya şüşələri cızılıbsa, fokuslama üçün göz daha çox işləməli olur və gərginlik artır. Ən riskli səhv isə qəfil yaranan işıq parıltılarını və görmə sahəsində pərdə və ya kölgə hissini görməzdən gəlməkdir. Bu, torlu qişa ilə bağlı problem əlaməti ola bilər və belə hallarda vaxt çox vacibdir".

Seçilən
115
hafta.az

1Mənbələr